İntizam Komitəsi Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.
"Unikal" xəbər verir ki, “Səbail” – “Zirə” qarşılaşmasının 80-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Samuel Nonqoh ikinci sarı vərəqə aldığı üçün bir oyunluq cəzalanıb. “Səbail” klubu 150 manat cərimə edilib. Həmin görüşdə “Zirə”nin dörd futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.
MOİK – “Şahdağ Qusar” matçının 73-cü dəqiqəsində ev sahibi komandanın 80 nömrəli futbolçusu Zahid Mərdanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. MOİK 900 manat cərimə edilib.
“Şəfa” – “Ağstafa Gəncləri” qarşılaşmasında qonaq komandanın həkimi olmadığına görə “Ağstafa Gəncləri” klubu 100 manat cərimələnib.
“Xankəndi” – “Gəncəbasar” oyununda ev sahibi komandanın altı futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” 210 manat cərimə edilib.
“Zəngəzur” – “Karvan-Yevlax” görüşü təcili tibbi yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Zəngəzur” klubu 200 manat cərimələnib.
























.webp)





















