“TikTok”da canlı yayım açaraq nalayiq ifadələr işlədən daha bir şəxs məsuliyyətə cəlb olunub.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Raufizm” ləqəbi ilə tanınan Rauf Ağaquliyev Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sosial şəbəkədə ictimai mənəviyyat və əxlaq normalarına zidd hərəkət edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, R.Ağaquliyev 1 ay müddətinə inzibati qaydada həbs olunub.
Qeyd edək ki, R.Ağaquliyev daha əvvəl də eyni əməllərə görə inzibatə qaydada həbs edilib.



















.webp)





























