Ermənistan parlamentinin sədri Ruben Rubinyan ölkənin yeni Konstitusiyasının qəbulu məsələsi ilə bağlı Azərbaycanla müzakirələrin aparıla biləcəyini istisna etməyib.
"Unikal" xəbər verir ki, o, bu barədə brifinqdə jurnalistin "Konstitusiyasın qəbulu məsələsi ilə bağlı Azərbaycanla müzakirələrin gözlənilib-gözlənilmədiyi" ilə bağlı suala belə cavab verib:
“Hər yerdən. Bütün yerlərdən”.
Rubinyanın sözlərinə görə, müxalifət Konstitusiya məsələsini sülh müqaviləsinin imzalanması ilə əlaqələndirib və bu prosesdən sonra yarana biləcək vəziyyətlə bağlı suallar qaldırıb.
O bildirib ki, həmin suallar maraqlıdır və nəzəri olaraq onların cavabları müəyyən həll yolunun tapılmasına səbəb ola bilər, lakin bunun baş verib-verməyəcəyi hələ məlum deyil.
Parlament sədri yeni Konstitusiyanın qəbulu məsələsinin hakimiyyət üçün dalana dirəndiyi barədə iddiaları da təkzib edib.















_1766155543.jpeg)











.jpg)














.jpg)

