"Vacib olan məsələlərdən biri bu xidmətin coğrafiyasını genişləndirməkdir. Xüsusilə ucqar kəndlərdə bu xidmətdən geniş istifadə edilməlidir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

"Regionlarda çalışan vəkillər üçün əlavə stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac var", - deyə deputat bildirib.

Anar Kəlbiyev