İndoneziyada toya hazırlaşan gənc cütlük bədbəxt hadisənin qurbanı olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Sumba bölgəsindəki Bondo Kodi çayında paltar yuyan 24 yaşlı Selvina Ambu Kaka nişanlısının gözü qarşısında çay kənarında timsahın hücumuna məruz qalıb.
Çaya sürüklənən qadın faciəvi şəkildə həyatını itirib. Onun cansız bədəni hücum yerindən təxminən 30 metr aralıda tapılıb; bədənində çoxsaylı dişləmə izləri aşkar edilib. Timsah kəndlilər tərəfindən torla tutulub öldürülüb.
Məlumata görə, Selvinanın toy mərasimi 30 oktyabra planlaşdırılıbmış.
Seymur Əli

















.jpg)

































