Brüssel və Lyejdə polislə küçə etirazçıları arasında toqquşmalar baş verib.

"Unikal" "Belga" xəbər agentliyinə istinadən xəbər verir ki, Belçika paytaxtında nümayişçilər binaları və əmlakı dağıdıb, zibil torbalarını yandırıb və avtomobilləri aşırıblar.

Məlumata görə, polis göz yaşartıcı qaz və su şırnaqlarından istifadə edib, bir neçə nəfər saxlanılıb və yaralanıb.

Polisin məlumatına görə, səhər saatlarında təxminən 200-250 nəfər Guillemins qatar stansiyasının yaxınlığında toplaşıb. Daha sonra onlar oturaq aksiya ilə əlaqədar avtobus xidmətinin müvəqqəti olaraq dayandırıldığı Sent-Lambert meydanına keçiblər. Saat 13:15 radələrində iştirakçılar Kadrana doğru hərəkət ediblər.

Küçələrə çıxmaq üçün yeni çağırış 9 oktyabrda həmkarlar ittifaqı nümayişi fonunda polislə gənclərin toqquşmasından sonra gəlib.