Hindistanın Kalkutta şəhərindəki Durga Puja pavilyonunda baş verən izdiham nəticəsində ən azı 17 nəfər ölüb, 25-dən çox insan yaralanıb.
"Unikal" xəbər verir ki, faciə axşam saatlarında şəhərin şimal hissəsindəki Qriş Park rayonundakı Çorbaqan Sarbojanin pavilyonunda baş verib. Polisin məlumatına görə, yerli vaxtla saat 19:40 radələrində qəfil yağış səbəbindən pavilyonun çıxışının yaxınlığında insanlar sıxışıb.
Yaralılar Kalkutta Tibb Kollecinə aparılıb. Qərbi Benqalın baş naziri Şubendu Adhikari və baş katib Manoj Agarval vəziyyəti izləmək üçün xəstəxanaya gəliblər.
Şahidlərin sözlərinə görə, festival iştirakçılarının çoxu huşunu itirib, bəziləri isə motosikletlərlə xəstəxanaya aparılıb. Şahidlərdən biri pavilyonun giriş və çıxışının çox dar olduğunu və işıqlandırmanın olmadığını bildirib.




















.webp)



































