Misli Premyer Liqasının VIII turunda "Qarabağ" və "Neftçi" komandaları arasında keçirilən oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.
"Unikal" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 19:00-da başlayıb. Matçı FIFA referisi Kamal Umudlu idarə edib.
Görüşün 11-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Qustavo Klisman hesabı açaraq komandasını önə keçirib. 18-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Aleksey Kaşuk tarazlığı bərpa edib - 1:1.
34-cü dəqiqədə Qustavo Klisman yenidən fərqlənərək "Neftçi"ni hesabda önə çıxarıb - 1:2.
Oyunun sonlarına yaxın "Neftçi" hesab fərqini artırsa da, "Qarabağ" mübarizəni davam etdirib. 88-ci dəqiqədə Renaldo Sefas fərqi azaldıb - 2:3.
Əlavə olunmuş 5-ci dəqiqədə Kadi Borges "Qarabağ"ın üçüncü qolunu vuraraq hesabı bərabərləşdirib - 3:3.
Beləliklə, "Qarabağ" - "Neftçi" derbisi heç-heçə ilə yekunlaşıb.
***
"Qarabağ" - "Neftçi" oyununda hesab dəyişib.
"Unikal" xəbər verir ki, "Neftçi"nin futbolçusu Draqolyub Saviç matçın 52-ci dəqiqəsində fərqlənərək hesabı 1:3-ə çatdırıb.
***
Misli Premyer Liqasında 8-ci tur davam edir.
"Unikal" xəbər verir ki, ikinci oyun günüə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.
Əvvəlcə “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Görüş "Sabah"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun mərkəzi matçında isə "Qarabağ" "Neftçi" ilə üz-üzə gəlir. Hazırda hər iki komandanın 16 xalı var. Paytaxt klubu topların daha yaxşı fərqinə görə birinci, Ağdam klubu isə üçüncü yeri tutur.
Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.
Misli Premyer Liqası, 8-ci tur
17 oktyabr (şənbə)
19:00. “Qarabağ” - “Neftçi” - 0:1 (Birinci hissə)
Qol: Qustavo Klisman, 11
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev, Əli Əliyev (VAR), Pərvin Talıbov (AVAR)
Tofiq Bəhramov adına Respublika Stadionu
16:00. “Qəbələ” - “Sabah” - 0:4
Qollar: Abdula Xaybullayev, 45+1, Aleksey İsayev, 74, Coy Lens Mikels, 88, Aleksey İsayev, 90+3
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov, Rəşad Əhmədov (VAR), Rahil Ramazanov (AVAR)
Qəbələ şəhər stadionu
18 oktyabr (bazar)
15:00. “İmişli” - “Turan Tovuz”
18:30. “Kəpəz” - “Zirə”
16 oktyabr (cümə)
“Şamaxı” - “Şəfa” - 3:2
“Sumqayıt” - “Araz-Naxçıvan” - 2:1 (Qol.az)




















.webp)



































