ilon Mask "Starlink" məhdudiyyətləri ilə bağlı ukraynalıların şikayətlərinə cavab verib. 

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, "Starlink" kommersiya, pullu bir xidmətdir.

"Kommersiya xidməti hücum əməliyyatları üçün istifadə edilə bilməz; bu, mülki xidmətdir. Ukrayna Silahlı Qüvvələri kommersiya xidməti deyil, ABŞ hökumətinə məxsus olan Starshield hərbi sistemindən istifadə edir. Starshield məhdudiyyətlərini Pentaqon və ABŞ Prezidenti şəxsən müəyyən edir", - deyə Mask sosial media hesabında bildirib.