Məktəbli forması ilə bağlı yaranmış mübahisə zamanı bir şagirdin atası ilə etdiyi təmkinli və peşəkar ünsiyyətə görə gündəmə gələn Aygün Mikayılova 132-134 nömrəli Təhsil Kompleksinin direktorudur.
"Unikal" xəbər verir ki, o bu vəzifəyə 2024-cü ilin oktyabrında təyin edilib.
Aygün Mikayılova 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1996-cı ildə Bakı Avropa Liseyində müəllim olaraq başlayıb. 2005-2015-ci illərdə Bakı Avropa Liseyində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
2015-2018-ci illərdə Bakı Avropa Liseyində direktor, 2018-2024-cü illərdə isə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb.
Aygün Mikayılova özü də 132-134 nömrəli Təhsil Kompleksinin məzunu olub.
Qeyd edək ki, Aygün Mikayılova 2008-ci ildə “Əməkdar müəllim” adına layiq görülüb.




















.jpg)


.jpg)









.jpeg)






.jpg)







.jpeg)


.jpg)
.jpeg)

