Peruda Hitler Mussolini Flores adlı namizəd Keropalka rayonunda keçirilən mer seçkilərində qalib gəlib.

"Unikal" xəbər verir ki, bu barədə "The Gateway Pundit" qəzeti məlumat yayıb. 

"Seçki komissiyasının dərc etdiyi məlumatlara görə, o, 229 səs toplayıb ki, bu da etibarlı bülletenlərin ümumi sayının 34,54 faizini təşkil edir", - məlumatda qeyd olunub. 

Bildirilir ki, siyasətçi ən yaxın rəqibini 25 xalla üstələyib, lakin beynəlxalq diqqəti cəlb edən namizədin qeyri-adi adı olub.