Özbəkistan 2027-ci il yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyi (MDB) orqanlarına sədrliyi öz üzərinə götürəcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov MDB Liderlər Şurasının genişləndirilmiş iclasında bildirib.

"Dövlət Başçıları Şurasının dar formatda iclası keçirildi və onun çərçivəsində MDB-yə sədrliyin 2027-ci il yanvarın 1-dən Özbəkistan Respublikasına keçəcəyi qərara alındı", - Berdiməhəmmədov bildirib.

Qeyd edək ki, MDB Dövlət Başçılarının Zirvə Görüşü Türkmənbaşı şəhərindəki "Avaza" Milli Turizm Zonasında keçirilir.

Gülayə Mecid