Ermənistan Baş naziri Nikol Paşinyan Türkmənbaşı şəhərində velosipedlə yürüşə çıxıb.

"Unikal" xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib. 

Kadrlarda diqqət çəkən məqamlardan biri də arxa fonda səslənən musiqi olub. Belə ki, Paşinyan Azərbaycan dilində səslənən mahnının müşayiəti ilə video paylaşıb. Mahnının sözlərinin Azərbaycan dilində olması Paşinyanın izləyiciləri arasında müzakirələrə səbəb olub.

Qeyd edək ki, sözügedən mahnı Zeynəb Həsəni adlı azərbaycanlı ifaçıya məxsusdur.