Saatlıda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 yaşlı uşaq həyatını itirib.

"Unikal" APA-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayon mərkəzində qeydə alınıb.

“Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yoldan kənara çıxıb. Qəza nəticəsində avtomobildə olan 5 yaşlı uşaq ölüb.

Faktla bağlı araşdırma aparılır.