İspaniya millisi Millətlər Liqası matçında Xorvatiyanı məğlub edib. 

"Unikal" xəbər verir ki, Xorvatiyada keçirilən oyun 2:1 hesabı ilə başa çatıb.

Xorvatiyalı İvan Perişiç 18-ci dəqiqədə hesabı açıb. Mikel Merino 61-ci dəqiqədə bərabərlik qolunu vurub, Merino isə 89-cu dəqiqədə daha bir qolla komandasını irəli çıxarıb. Perişiç 80-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.