Qəza səbəbindən Zığ şosesi- 8 Noyabr prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə "Unikal"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilib ki, paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb. 

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.