Qonşular əvvəllər reper Ciqanın və həyat yoldaşı Oksana Samoylovanın uşaqları ilə yaşadığı evdə silah səsləri eşidiblər.
"Unikal" xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, hadisə ötən il baş verib. Atışmanın dəqiq səbəbi məlum deyil, lakin münaqişədən sonra hadisə yerinə üç maşınla yad adamlar gəliblər. Vəziyyət tezliklə həll olunub və yad adamlar evdən çıxıblar. Qonşular o vaxt heç bir polis maşını görməyiblər.
Hazırda bildirilir ki, evdə yalnız bir mühafizəçi yaşayır və insanların içəri girməsinə mane olur.
Qeyd olunan atışma bu yay baş verib, lakin bu yalnız indi məlum olub. Medianın məlumatına görə, reper işçilərini uşaqlara qarşı zorakılıqda ittiham edib və onlara atəş açıb. Bütün bunlar cütlüyün uşaqları evdə olarkən, onların gözləri önündə baş verib. İşçilərin yaralandığı bildirilir.
Məlumata görə, hadisədən sonra reper İsraildəki reabilitasiya mərkəzlərindən birinə göndərilib. Onun hazırda da İsraildə müalicə aldığı barədə məlumatlar var.













.jpg)

.jpg)


.jpg)

















.jpeg)
..jpeg)












