Müğənni Nev səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, sənətçinin meneceri İlker Ercan onun vəziyyəti ilə bağlı açıqlama verib. O bildirib ki, Nev sentyabrın 3-də huşunu itirdiyi üçün xəstəxanaya çatdırılıb.

İlkin müdaxilədən sonra sənətçi süni tənəffüs cihazına qoşulub. Həkimlərdə onda çoxsaylı orqan çatışmazlığı aşkarlayıb.

Hazırda Nev cihazdan ayrılıb. Lakin onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.