9 sentyabrda Filip Kirkorov Troekurovskoye qəbiristanlığında atası Bedros Kirkorovun məzarında abidənin rəsmi açılışını edib.

"Unikal" xəbər verir ki, "Miss Rusiya" Valentina Alekseyeva pop kralının yanında dayanaraq onun əlini tutub.

Qeyd edək ki, Kirkorov dəfələrlə Valentinaya aşiq olduğunu elan edib. O hətta "Rusiya gözəli"ni klipinə də çəkib. 

Kirkorov anasının məzarını Bolqarıstandan gətirdərək Troekurovskoye qəbiristanlığında atasının yanında dəfn edib.