Aparıcı Kamilə Babayeva avqustun 17-də dünyasını dəyişmiş anası Münəvvər xanımla bağlı paylaşım edib. 

"Unikal" xəbər verir ki, aparıcı anasının ölkəsinə bağlılığından yazıb:

"Sən mənə lap uşaqlıqdan doğruluqdan və dürüstlükdən heç vaxt şübhə etmədən, başıuca və məğrur yaşamağı öyrətdin. O böyük ürəyinə,əhvalından asılı olmayaraq, dünyaları sığdırdın.Tanıdığım ən böyük Vətən sevdalısı. Dilini,dinini,tarixini,bayrağını,ədəbiyyatını,musiqisini bütün qəlbinlə sevdin.

Hər gözəl hekayədə səni görəcəm, hələlik".