Cəzaçəkmə müəssisəsində məhbusu öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən baxış iclasında təqsirləndirilənə sərbəst ifadə üçün söz verilib.
Nurullah Əkbərli cəza çəkdiyi cəzaçəkmə müəssisəsində məhkum yoldaşını qətlə yetirməyini şəxsi münasibətlər zəminində baş verdiyini vurğulayaraq hadisənin detallarını məhkəmə zalında açıqlamaq istəməyib.
Buna baxmayaraq hakim və prokurorun suallarını cavablandırarkən məlum olub ki, tərəflər arasındakı insidentə səbəb qarşı tərəfin Nurullah Əkbərlini daim güdməsi və sonda isə ona əxlaqsız təklif etməsi olub.
Təqsirləndirilənin dediyinə görə bununla bağlı Xəqaniyə bir neçə dəfə xəbərdarlıq etsə də o əməlini davam etdirib.
Sonda isə Nurullah hazırladığı bizlə Xəqaniyə zərbələr endirərək onu qətlə yetirib.
Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin noyabrın 10-da, Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsində baş verib. Müəssisədə cəza çəkən məhkum Nurullah Əkbərli şəxsi münasibətlər zəminində digər məhkum Xəqani Şükürovu özünün hazırladığı kəsici-deşici alətlə qətlə yetirib.
Nurullah Əkbərli barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə yekun ittiham elan olunub.
Orxan Rasifoğlu













.jpeg)


















_1766155543.jpeg)




.webp)



.webp)






