Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza rayonun Xalxal kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, iki "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar Babək rayonunun Məzrə kənd sakinləri, 1993-cü il təvəllüdlü Mirəli Mirmehdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfovdur.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.