Londonun ICE birjasında "Brent" markalı neftin qiyməti iyunun 12-dən bəri ilk dəfə olaraq bir barel üçün 88 dollar həddini keçib.

"Unikal" xəbər verir ki, sentyabr tədarüklü "Brent" markalı neft fyuçersləri 4,52 faiz bahalaşaraq bir barel üçün 88,04 dollara yüksəlib.

Lakin saat 21:36-da qiymət artımının tempi zəifləyib. Həmin vaxt "Brent" markalı neftin bir bareli 87,74 dollara satılıb ki, bu da əvvəlki göstərici ilə müqayisədə 4,17 faizlik artım deməkdir.