Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində növbəti idman zonaları iyulun 16-da Zərdab və Ucar şəhərlərində, iyulun 17-də isə Kürdəmirdə istifadəyə verilib.
"Unikal" xəbər verir ki, "Sağlam məhəllə"də minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, həmçinin açıq havada istifadə üçün trenajor qurğuları quraşdırılıb.
Açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.
Qeyd edək ki, indiyədək ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 25 “Sağlam məhəllə” layihəsi icra olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı Sərəncama əsasən, “Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,9 milyon manat vəsait ayrılıb.




























.jpg)





.jpg)



.jpg)







_1583402582.jpg)





