Hörmüz boğazında iki ticarət gəmisinə edilən hücum nəticəsində bir hind dənizçisinin ölümü və 10 vətəndaşının yaralanması ilə bağlı Hindistan İrana etirazını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Hindistan Xarici İşlər Nazirliyi İranın Yeni Dehlidəki diplomatik missiyasının rəhbərinin müavininin bu gün Hindistan Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib: "Hindistan Hörmüz boğazından keçən iki gəmiyə - "MT Al Bahiyah" və "MT Mombasa"ya edilən hücumlardan dərin narahatlıq keçirir. Onların göyərtəsində 30 hind dənizçisi də daxil olmaqla 46 heyət üzvü var idi. "MT Al Bahiyah" gəmisindəki 12 Hindistan vətəndaşından biri ölüb, digəri isə yaralanıb".
Departamentin məlumatına görə, "MT Mombasa" gəmisindəki 18 hindistanlıdan 9-u yaralanıb, onlardan ikisi ağır xəsarət alıb.
"Hörmüz boğazı kimi beynəlxalq su yollarının sərbəst və təhlükəsiz naviqasiyasını pozan bu hücumları qətiyyətlə pisləyirik", - deyə XİN açıqlayıb.
Ağarza Elçinoğlu















.jpg)






















_1779806048.jpeg)







