İspaniya millisinin qapıçısı Unai Simon futbol üzrə dünya çempionatının yarımfinalında Fransa ilə keçiriləcək oyunun penaltilər seriyasına qədər uzanmasını istəmədiyini deyib.
"Unikal" xəbər verir ki, təcrübəli qolkiper qarşılaşmanı əsas vaxtda böyük hesablı qələbə ilə başa vurmağa üstünlük verdiyini bildirib.
"Əsas vaxtda 4:0 hesabı ilə qalib gəlməyi üstün tutaram. Penaltilər seriyasını sevmirəm. Bəli, onları təhlil etməyi, zərbə vuran futbolçuları öyrənməyi xoşlayıram. Amma düşünürəm ki, penaltilər müəyyən mənada lotereyadır. Buna görə də oyunun taleyinin penaltilərdə həll olunmasını istəmirəm", - deyə qapıçı vurğulayıb.
Qeyd edək ki, Fransa - İspaniya görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





























.jpg)


















