Türkiyə 2010-2016-ci il ərzində Azərbaycana ayırdığı iqtisadi maddi yardımın məbləğini açıqlayıb.
Unikal.org Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə (TİKA) istinadən xəbər verir ki, son 6 ildə Türkiyə Azərbaycana 157 milyon dollar iqtisadi maddi yardım edib.
Türkiyənin keçən ilə kimi "iki tərəfli rəsmi inkişaf yardımı"ndan ən çox 10 ölkə yararlanıb.
Bunlar Suriya, Somali, Fələstin, Əfqanıstan, Bosniya-Herseqovina, Qırğızıstan, Makedoniya, Qazaxıstan, Azərbaycan və Nigeriya olub.
Türkiyənin iqtisadi maddi yardımından ən çox yararlanan türkdilli ölkələr içində Qırğızıstan birinci olub:
Türk respublikalarından Qırğızıstana 603,4 milyon dollar, Qazaxıstana 281 milyon dollar, Azərbaycana 157 milyon dollar, Türkmənistana 79,4 milyon dollar, Özbəkistana 47,4 milyon dollar, Tacikistana 24 milyon dollar rəsmi maddi yardım edilib.



































.jpg)


















