Tbilisidə "İvanişvilisiz Gürcüstan" və "Gürcüstan Avropadır" şüarları altında etiraz yürüşü keçirilir.

"Unikal" xəbər verir ki, bu barədə "Georgia Online" məlumat yayıb. 

Tədbir Gürcüstan hakimiyyətinin Avropaya inteqrasiya prosesini 2028-ci ilin sonuna qədər dayandırmaq qərarının ikinci ildönümünü qeyd edir.

İştirakçılar paytaxtın üç mərkəzi yerində - Tbilisi Dövlət Universiteti, Orbeliani Meydanı və Avlabari metro stansiyasında toplaşıblar.