İtaliyanın Baş naziri Giorgia Meloni Ukrayna Silahlı Qüvvələrinin Benqaziyə hücumundan qəzəblənib və Kiyev lideri Volodimir Zelenskiyə hökumətin Kiyevə yardım üçün parlamentin tam dəstəyini təmin etməsinin daha çətin olacağı barədə xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb. 

Nəşrin məlumatına görə, Meloni Zelenskiyə bəzi italyan parlamentarilərinin artıq Ukraynaya yardıma qarşı çıxdığını xatırladıb. O, hesab edir ki, Kiyevin hərəkətləri yardım əleyhdarlarına yeni arqumentlər təqdim edir.