Perunun ən ucqar bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində səkkiz hərbçi həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Qəzada pilot sağ qalan yeganə şəxs olub.

Qəza Sanabamba kəndi yaxınlığında, İspanca VRAEM qısaltması ilə tanınan Apurimak, Ene və Mantaro çayı vadisində ordu patrulunun təxliyə əməliyyatı zamanı baş verib. Helikopter cümə axşamı axşamı heyət üç əsgəri təxliyə etdikdən sonra radarlardan itib.

Müdafiə Nazirliyinin məlumatına görə, axtarış-xilasetmə qrupları təyyarəni və göyərtədəki doqquz hərbçini aşkar edib. Onlardan səkkizi həlak olub. Pilot Enzo Espinosa Roque sağ qalıb və ixtisaslaşmış tibbi yardım üçün Limaya aparılıb.