İngiltərənin "Mançester Yunayted" futbol klubu portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandeşin müqaviləsinin müddətini 2028-ci ilin iyun ayınadək uzadıb.
"Unikal" xəbər verir ki, bu barədə jurnalist Devid Ornşteyn "X" sosial şəbəkə hesabında bildirib.
Əvvəlki müqavilənin müddəti gələn yay başa çatmalı idi. Ornşteynin sözlərinə görə, yeni müqavilənin imzalanması portuqaliyalı futbolçunun klubdan ayrılmasını istisna etmir.
32 yaşlı Fernandeş 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir. O, komanda ilə İngiltərə Kubokunun və İngiltərə Liqa Kubokunun qalibi olub.


















.jpeg)



.jpg)


.jpeg)
















.jpg)
.jpg)






