"Pizza Hut"un təsisçisi Den Karni 95 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə iş adamının oğlu Maykl Karni məlumat yayıb.
Qeyd olunur ki, iş adamı 13 noyabrda vəfat edib. Onun oğlu Den Karninin nəfəs almağı getdikcə çətinləşdirən xroniki obstruktiv ağciyər xəstəliyindən öldüyünü bildirib.
Den Karni 1931-ci ilin oktyabrında anadan olub. 1958-ci ildə iş adamı və qardaşı Frank Karni Pizza Hut şirkətini təsis ediblər. Onlar ilk restoranlarını açmaq üçün analarından 600 dollar borc alıblar. Nəticədə Kanzas ştatının Viçita şəhərində açılan müəssisənin sahəsi 500 kvadrat fut olub.
Bir il ərzində qardaşlar daha beş restoran açıblar və sonra şəbəkəni genişləndirməyə davam ediblər. Əvvəlcə onlar Kanzasda, daha sonra bütün Amerika Birləşmiş Ştatlarında açıldılar və sonda beynəlxalq bazara çıxıblar. 1971-ci ildə Pizza Hut təxminən 1000 restoranı ilə dünyanın ən böyük pizza şəbəkəsinə çevrilib. Altı il sonra PepsiCo şirkəti 300 milyon dollara satın alıb.






.jpg)
.jpg)
















_1766155543.jpeg)



















.jpg)


