Serbiya Məclisinin sədri Aleksandr Çupiç ölkədə prezident seçkilərini 27 dekabr 2026-cı il tarixinə təyin edib.
"Unikal" xəbər verir ki, o, prezident seçkilərinin təyin edilməsi qərarının Serbiya Respublikasının Rəsmi Qəzetində dərc olunduğu gün qüvvəyə minəcəyini açıqlayıb.
"Serbiya Respublikası Konstitusiyasının 114-cü maddəsinin ikinci hissəsinə və 120-ci maddəsinin üçüncü hissəsinə, eləcə də Respublika Prezidentinin Seçkiləri haqqında Qanunun 9-cu maddəsinə uyğun olaraq, Serbiya Respublikasında prezident seçkilərini 27 dekabr 2026-cı il tarixinə təyin edirəm", - Çupiç Milli Məclisdə çıxış edərkən bildirib.
Keçmiş prezident Aleksandar Vuçiç 25 oktyabr seçkilərindən əvvəl istefa verdikdən sonra Çupiç müvəqqəti dövlət başçısı vəzifəsini də icra edir.












.jpg)



.jpg)




.jpg)



.jpg)


.png)

.jpg)






.jpg)

.jpg)











