“Arsenal”ın mərkəz müdafiəçisi Kristian Mosquera karyerasını İspaniyanın aparıcı klublarından birində davam etdirə bilər.

"Unikal" xəbər verir ki, jurnalist Ekrem Konurun sosial şəbəkələrdə yaydığı məlumata görə, “Barselona” 22 yaşlı futbolçunun transferi ilə bağlı hərəkətə keçib.

Lakin kataloniyalıların bu keçiddə rəqibləri də var. Milan “İnter”i və İstanbul “Fənərbağça”sı da ispaniyalı müdafiəçinin xidmətində maraqlıdır. Türkiyə klubu Moskeranı icarəyə götürmək niyyətindədir. London təmsilçisi də bu varianta qarşı deyil.

Qeyd edək ki, Kristian Mosquera ötən ilin yayından “Arsenal”da çıxış edir. Futbolçunun transfer dəyəri 40 milyon avro qiymətləndirilir.