Türkiyənin "Beşiktaş" klubu ilə İsrailin "Hapoel" klubu arasında keçirilən Avropa Liqasının beşinci tur matçı tribunalardakı iğtişaş səbəbindən dayandırılıb.

"Unikal" xəbər verir ki, Türkiyə klubu oyunun nominal ev sahibidir və matç Türkiyə hakimiyyətinin tələbi ilə təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən 30 oktyabrda İstanbuldan Gürcüstanın Batumi şəhərinə köçürülüb.

Matçdan əvvəl Gürcüstan polisi Fələstin bayrağını açan "Beşiktaş" azarkeşi ilə bağlı insidentə müdaxilə edib. Bundan əlavə, Türkiyə komandasının oyunçuları oyunöncəsi mərasimdə rəqibləri ilə əl sıxmayıblar. "Beşiktaş"ın kapitanı Orkun Kökçü də qol və top seçimi zamanı yalnız hakimlərlə əl sıxıb.

Matç insident səbəbindən dayandırılsa da, daha sonra bərpa edilib.