"Ən çətin vəziyyət hazırda Dneprdə, Dnepr bölgəsində, eləcə də Zaporojyedədir. Bərpa üçün lazımi avadanlıq və qüvvələr hər yerdə var və bu, çox vacibdir".

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, yeni-yeni zərbələr təhlükəsi səbəbindən təmir işləri dayandırılmalıdır: "Lakin qüvvələrimiz çox vaxt sadəcə qeyri-mümkün, inanılmaz işlər görür və lazım gələrsə, insanlara elektrik enerjisini qaytarmaq üçün çalışırlar.

Rusların taktikası dəyişməzdir: onlar elektrik enerjisinin ötürülməsini çətinləşdirmək üçün şəbəkələrə və yarımstansiyalara dəqiq zərbələr endirirlər. Biz təmir işləri aparırıq. Və biz hər bir rus zərbəsinə ləyaqətlə cavab verəcəyik".

Ağarza Elçinoğlu