Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetində rektorun köməkçisi Nərmin Heydərli işdən çıxıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, N.Heydərli öz ərizəsi ilə işdən azad olunub.

Qeyd edək ki, Nərmin Heydərli BDU-nun sabiq rektoru Elçin Babayevin bacısının əri Fikrət Heydərovun qızıdır.

***

12:27

Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə əmr imzalayıb. Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib.

Qeyd edək ki, o, sabiq rektor Elçin Babayevin dövründə bu vəzifəyə təyin olunmuşdu.

Seymur Əli