Peruda 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 370 mindən çox əhalisi olan Huankayo şəhərindən 111 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı isə 118 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələnin mümkün fəsadları barədə hələlik məlumat verilməyib.