"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo karyerasında 986-cı qolunu vurub.
"Unikal" xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı Pro Liqasının 9-cu turunda "Əl-Əhli" ilə qarşılaşmada fərqlənib.
O, matçın 14-cü dəqiqəsində hesabı açıb. Lakin Ronaldonun komandası yekunda 1:3 hesabı ilə məğlub olub.
Bununla da Ronaldo karyerasındakı qollarının sayını 986-ya çatdırıb. O, Portuqaliya millisində 146, klub səviyyəsində isə 840 qol vurub.
Qeyd edək ki, "Əl-Nəsr" 12 oyundan sonra 28 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Əl-Əhli" isə 21 xalla altıncıdır.



















.jpg)



.jpg)

.jpg)

.jpg)









.jpg)




.jpeg)







