ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymaq istədiyini deyib.

"Unikal" xəbər verir ki, o bu məsələ ilə bağlı davam edən danışıqların uğur qazanmaq şansının yüksək olduğunu bildirib.

"Çox məhsuldar danışıqlar aparırıq. Düşünürəm ki, bunu etmək üçün hər şansımız var", - deyə Tramp Ağ Evdə Putin və Çin prezidenti Si Cinpinlə görüşdüyü Asiya səfərindən sonra keçirilən mətbuat konfransında qeyd edib.

O bildirib ki, Rusiya prezidenti ilə ikitərəfli görüş zamanı Putin "Rusiya ilə Ukrayna arasındakı müharibəyə diplomatik yollarla son qoymaq istəyini açıq şəkildə ifadə edib".