"Kənd təsərrüfatı məhsulları istehsalından əldə edilən gəlir və ya mənfəətin 10%-lik vergiyə cəlb edilməsi fermerlərin işini çətinləşdirə bilə".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib.
"Çünki fermer gübrəyə, yanacağa, texnikaya, suvarmaya, işçi qüvvəsinə xeyli vəsait sərf edir. Onun maliyyə bazası hələ möhkəm deyil. Bəzən öz məhsullarını bazarda sata bilmir. Ona görə də vergidən azad olmaların daha bir neçə il uzadılmasını vacib hesab edirəm", - deyə komitə sədri bildirib.
Anar Kəlbiyev





































.jpg)





.jpeg)
.jpg)
.jpg)




