Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Aslanbəyli kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ot bağlamaları yığılmış sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 13 ton ot bağlamasının 3 tonu yanıb yanıb.

Ot bağlamalarının böyük hissəsi yanğından mühafizə olunub.