"Vətəndaşın əlilliyi dayandırılır və ona yenidən müavinətin verilib-verilməməsi lə bağlı araşdırmaya başlanılır. Araşdırma bir neçə ay davam edir və həmin şəxsə yenidən müavinətin verilməsi barədə qərar qəbul edilir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
"Ancaq həmin pula ciddi ehtiyacı olan vətəndaşa aradakı müddət üçün heç bir vəsait ödənilmir. Nəzərə alsaq ki, bu vəsait həmin insanlar üçün həyati əhəmiyyət daşıyır, düşünürəm ki, bu məsələyə yenidən baxmaq yaxşı olardı", - deyə deputat bildirib.
Anar Kəlbiyev





.jpg)



.jpg)





























.jpg)






