44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ərəfəsində təşkil olunan ziyarətlərdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri bir araya gəlib, torpaqlarımızın azadlığı naminə canlarını fəda etmiş qəhrəman oğullarımızın əziz xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.
"Unikal" xəbər verir ki, RİH başçısı ziyarət yerlərində Vətən uğrunda şəhid olan qəhrəman oğulların xatirəsinə ehtiram əlaməti olaraq “Əbədi məşəl” abidələri önünə əklillər qoyub. Şəhidlərimizin məzarları üstünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Azərbaycan əsgərinin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb, dövlətimizin qətiyyəti və rəşadətli ordumuzun gücü sayəsində yazılan Zəfər dastanının əhəmiyyəti vurğulanıb.
Uca Tanrıdan ölkəmizin azadlığı, suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizə rəhmət, qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmasını diləyirik!
Yaşasın müstəqil, suveren və qalib Azərbaycan!
























.jpg)













