2010-cu ildən Azərbaycanda fəaliyyət göstərən MADO illər ərzində yalnız restoran brendi kimi deyil, həm də insanların görüşdüyü, xoş anlarını bölüşdüyü və xüsusi xatirələr yaratdığı məkan kimi formalaşıb. Bu gün MADO ailəvi naharlardan dostlarla qəhvə fasilələrinə, işgüzar görüşlərdən uşaqlarla keçirilən xoş anlara qədər həyatın müxtəlif məqamlarına ev sahibliyi edir.
MADO-nun Azərbaycandakı 16 illik fəaliyyəti brendin müxtəlif nəsillərlə qurduğu əlaqə ilə də seçilir. Bir zamanlar valideynləri ilə restorana gələn uşaqlar bu gün öz ailələri ilə MADO-nu ziyarət edir, yeni xatirələr yaradırlar. Beləliklə, illər ərzində formalaşan qonaq münasibətləri brendin tarixinin ayrılmaz hissəsinə çevrilir.
MADO-nu fərqləndirən cəhətlərdən biri hər yaşa və müxtəlif zövqlərə uyğun seçimlər təqdim etməsidir. Zəngin səhər yeməyi çeşidləri, əsas yeməklər, salatlar, ənənəvi türk desertləri, dondurma və qəhvə menyusu qonaqlara günün müxtəlif saatlarında fərqli seçimlər etmək imkanı yaradır. İstər günə ləzzətli səhər yeməyi ilə başlamaq, istər nahar fasiləsini səmərəli keçirmək, istərsə də sevdikləri ilə sakit bir qəhvə fasiləsi etmək istəyənlər üçün MADO fərqli görüşlərin ünvanına çevrilir.
Restoran təcrübəsinin mühüm hissəsi də məkanın atmosferidir. Ailələrin uşaqları ilə rahat vaxt keçirməsi, dostların bir araya gəlməsi və işgüzar görüşlərin təşkil olunması MADO-nu müxtəlif məqsədlərlə seçilən restoranlardan birinə çevirir. Burada əsas məqsəd yalnız menyu təqdim etmək deyil, qonaqların özlərini rahat hiss etdikləri, birlikdə keçirdikləri vaxtdan zövq aldıqları bir mühit yaratmaqdır.
İllər ərzində MADO Azərbaycandakı fəaliyyətini genişləndirərək Bakı ilə yanaşı Gəncədə də qonaqlarını qarşılayır. Brendin ölkədəki inkişafı və müxtəlif məkanlarda qonaqlara xidmət göstərməsi onun daha geniş auditoriya ilə əlaqə qurmasına imkan yaradır.
MADO-da paylaşılmış hər an gündəlik həyatın, ailə ənənələrinin və xoş xatirələrin bir hissəsinə çevrilir.
LƏZZƏTLƏ GÖRÜŞÜN!
















.jpg)









.png)
















