Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub.
"Unikal" Milli.az-a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib.
Samirə Bağırova bildirib ki, Çimnaz Sultanovanın plastik-estetik əməliyyatlara meyli olub və onun fikrincə, aktrisa bu prosedurların qurbanına çevrilib.
"Onun estetik-plastik əməliyyatlardan asılılığı var idi. Bu prosedurların qurbanına çevrildi. Eşitdiyimə görə, belə müdaxilələri sıx-sıx etdirməyə başlamışdı. Dərisində xərçəng xəstəliyi yaranmışdı", - deyə psixoloq bildirib.
Bu açıqlama sosial şəbəkələrdə müzakirələrə yol açıb.



.jpg)










.png)





























