Hazırkı Bolqarıstan prezidenti İliana Yotova 1 noyabrda keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.
"Unikal" xarici mətbbuata istinadən xəbər verir ki, səslərin 99,56%-i hesablandıqdan sonra İliana Yotova səslərin 57,69%-ni, onun rəqibi, keçmiş müvəqqəti baş nazir Andrey Gyurov isə 39,36%-ni toplayıb. Seçicilərin daha 2,96%-i heç bir namizədi dəstəkləməyib. Yekun nəticələr hələ açıqlanmayıb.
Andrey Gyurov məğlubiyyətini etiraf edib və Yotovanı qələbəsi münasibətilə təbrik edib.
Nəticələr təsdiqləndikdən sonra o, Bolqarıstan tarixində xalq səsverməsi ilə dövlət başçısı seçilən ilk qadın olacaq.
Gülayə Mecid






.webp)













.jpg)













.jpg)



.jpg)




.webp)








