Bal rəqsləri üzrə ikiqat dünya və üçqat Avropa çempionu Arsen Ağamalyan 2026-cı il beynəlxalq Azərbaycan Rəqs Festivalında iştirak etmək üçün Azərbaycanın paytaxtına gəlib.

"Unikal" xəbər verir ki, Ağamalyan Bakıda anadan olub. Atası Ağdərədən olan erməni, anası isə əslən bakılı olan rusdur.

Səfər zamanı rəqqas 37 ildir görmədiyi qardaşı və bacısı, eləcə də heç vaxt görüşmədiyi qardaşı oğulları ilə görüşməyi planlaşdırır.

Ağamalyan uzun müddətdir davam edən münaqişəyə baxmayaraq, incəsənətin erməniləri və azərbaycanlıları birləşdirmək gücünə malik olduğunu vurğulayıb.