ABŞ prezidenti Donald Tramp ABŞ Konstitusiyası icazə verərsə, üçüncü müddətə prezidentliyə namizəd olacağını bildirib.

"Unikal" xəbər verir ki, "New York Post" qəzetinin "Pod Force One" podkastına verdiyi müsahibədə o, 22-ci düzəlişdə göstərilən məhdudiyyətlərin olduqca sərt ifadə olunduğunu etiraf edib. 

"Böyük məmnuniyyətlə yenidən namizəd olmaq istərdim, amma qanun çox sərtdir", - deyə Tramp ikinci dəfə namizədliyini irəli sürmək ehtimalı ilə bağlı suala cavab olaraq bildirib.