Britaniyalı müğənni Corc Mayklın 1987-ci ildə çəkilmiş məşhur “Faith” mahnısının klipində istifadə etdiyi gitara hərracda 180 min funt-sterlinqə satılıb.
"Unikal" xəbər verir ki, gitara müğənninin uzun illər şəxsi köməkçisi olmuş Şivon Beylinin (Siobhan Bailey) kolleksiyasına aid 30-dan çox əşya arasında yer alıb. “Sworders” hərrac evi tərəfindən təşkil edilən satışda əşyaların ümumi dəyəri alıcılardan tutulan əlavə komissiyalar nəzərə alınmadan 238 min funt-sterlinq təşkil edib.
Qeyd edək ki, Hertfordşirdə böyüyən Corc Maykl musiqi karyerasına Endryu Ridcli ilə birlikdə yaratdığı “Wham!” pop dueti ilə başlayıb. Daha sonra solo karyerasında “Faith”, “Careless Whisper”, “Father Figure”, “Outside” və “Fastlove” kimi hit mahnılarla dünya şöhrəti qazanıb.
Müğənni 2016-cı ildə vəfat edib.















.jpg)
.jpeg)




























.jpg)

.jpg)





.jpeg)

